Rüfət Dadaşovlu “qartallar”ın ev qələbəsi

Almaniya 3-cü liqasının 12-ci turunda millinin hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Proyssen” evdə “Vyursburger Kikkers”lə qarşılaşıb.

Allsport.az saytı xəbər verir ki, Münster klubu bu oyunda 1:0 qalib gəlib. Həmyerlimiz start heyətdə meydana çıxıb və 90-cı dəqiqədə əvəzlənib.

“Qartallar” 22 xalla 2-ci yerə yüksəlib.

Həmin kateqoriyadan