Rüfət Dadaşovun komandası mövsümü yenik başa vurub

Almaniya 3-cü liqasında mövsümə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, millinin hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Proyssen” 38-ci turda səfərdə “Zviçkau” klubuna 0:2 uduzub.

Futbolçumuz görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 57-ci dəqiqədə əvəzlənib.

“Qartallar” 52 xalla 20 komanda arasında yarışı 8-ci pillədə başa vurub. Həmyerlimiz bu liqada 31 oyuna çıxıb, 8 qol vurub, 6 oyunda sarı vərəqə alıb.

Həmin kateqoriyadan