Rüfət Dadaşovun komandası qara zolaqdan çıxa bilmir

Almaniya 3-cü liqasının 28-ci turunda milli hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Proyssen” doğma meydanda Rostok “Hanza”sı ilə qarşılaşıb.

Allsport.az saytı xəbər verir ki, son zamanlar yenidən qara zolağa düşən “qartallar” bu oyunda da uduzublar (0:1). Futbolçumuz start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

Münster klubu 38 xalla 11-ci pilləyə enib.

Həmin kateqoriyadan