Rüfət Dadaşovun komandası “Şonberq”lə sülh bağlayıb

Almaniyanın Şimal-Şərq regional liqasında 12-ci turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin keçmiş hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Moyzelvits” səfərdə “Şonberq”lə qarşılaşıb.

Futbolçumuzun klubu bu oyunda heç-heçə edib – 1:1. Həmvətənimiz görüşə start heyətdə başlayıb və yenə 90 dəqiqə meydanda olub. 12 turdan sonra “Moyzelvits” 9 xalla 18 komanda arasında 16-cı sıradadır.

Həmin kateqoriyadan