Rüfət və Səbuhi qardaşları ilə 3-illik müqavilə

Yeni mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” heyətinə yeni futbolçular cəlb edib. Allsport.az saytı xəbər verir ki, klubun akademiyasının yetirmələri və əvəzedici komandanın üzvləri olan Rüfət və Səbuhi Abdullazadələrlə 3 illik müqavilə imzalanıb. 

Adı ilk çəkilən 20, digəri 28 nömrəli geyimdə çıxış edəcək. U-19 millimizin üzvü olan gənc yarımmüdafiəçilər 2017/18 mövsümündə premyer liqada debüt etməklə, ən gənc futbolçular sayılıblar.

Həmin kateqoriyadan