Rumıniyalı boksçular fransız həmkarları ilə birlikdə Bakı-2015-ə hazırlaşırlar

Rumıniyalı boksçular Avropa Oyunlarına fransalı boksçularla birgə təlim-məşq toplantıları keçirərək hazırlaşırlar. Allsport.az xəbər verir ki, “CS Farul” klubunun boksçuları Florentin Nikulesku (64 kq) və Arsen Mustafa (64 kq), həmçinin “CS Năvodari” klubundan Lonut Baluta (56 kq) keçən həftə Rumıniyanın “Cuget Liber” internet səhifəsindəki məlumatda adları açıqlanmayan fransız boksçuları ilə Ploiestidə keçirilən məşqlərdə iştirak ediblər.

Nikulesku, Mustafa və Balutanı məşqçi Relu Auraş, keçmiş olimpiya medalçısı Marian Simion və texniki heyət üzvlərindən Mihai Konstantin və Abalim Ferodin müşayiət ediblər.

Boksçular nəticələri elan edilməyən döyüşlərdə də iştirak ediblər. Mustafa döyüşlərə qatıla bilməyib, çünki o, məlumata əsasən, yüngül xəsarət alıb.

“Cuget Liber”in verdiyi məlumata əsasən, fransız boksçuları ilə yenə də məşq etmək üçün rumıniyalı boksçuların aprelin 19-da Fransaya səfəri gözlənilir.

Həmin kateqoriyadan