- Baxış sayı: 40
- 19 Aprel 2024 10:00
- Baxış sayı: 45
- Aprel 18, 2024
- 0
Niderlandın Veyk-an-Zey şəhərində şahmatçıların superturnirinin 12-ci turunda Şəhriyar Məmmədyarov (2804) qara fiqurlarla Cons Haveynlə (2640) qarşılaşıb. Allsport.az saytı xəbər verir ki, həmyerlimiz gözlənilmədən aşağı əmsallı, yarışın autsayderlərindən olan ingiltərəli rəqibi ilə 12-ci gedişdə heç-heçəyə razılaşıb.
“Şah” bu tur nadir oynanılan Rus partiyasına üstünlük verib. Bu nəticə onun yarış cədvəlində liderliyi itirməsinə səbəb olub. Dünya çempionu Maqnus Karlsenlə (2834) niderlandlı Aniş Giri (2752) 8,5 xalla hamıdan öndədilər. Qrossmeysterlərimiz bu 2 şətrənc ustasından yarım xal geridədir, 3-cü pillədədir.