Rusiya millisinin baş məşqçisi badmintonçularımıza master-klass keçib

İqtisad Universitetinin idman zalında badmintonçuların ölkə çempionatı keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışın gedişində ABF-in dəvəti ilə paytaxtda səfərdə olan Rusiya millisinin baş məşqçisi Klavdiya Mayorova yığmamızın üzvlərinə məşq keçib, onlara öz tövsiyyəsini verib.