Rusiya Bakı-2015-in qalib və mükafatçılarının adına döş nişanları təqdim edilib

Moskvadakı “Manej” mərkəzi sərgi zalında Rusiya Olimpiya Komitəsinin və “Baltika” pivəbişirmə şirkətinin iştirakı ilə “Rusiya olimpiyaçıları balı – 2015” adlı təntənəli tədbir keçirilib. Allsport.az saytı xəbər verir ki, bu ilin yayında Azərbaycan paytaxtında keçirilmiş 1-ci Avropa Oyunlarının qaliblərinin və mükafatçılarını şərəfinə təşkil edilmiş tədbir, həm də Rusiya komandasının Rio-2016-ya yola salınmasına həsr olunmuşdu.

Bakı-2015-in bütün qaliblərinə və mükafatçılarına idmançının adı həkk olunmuş döş nişanları təqdim edilib. Zərgərlik məmulatı olan bu nişanların dizaynında stilizə edilmiş olimpiya məşəli və Bakıda keçirilmiş Avropa Oyunlarının rəmzi olan yetişmiş nar təsvir edilib. Bu narın “kral daşı” brilyantdan düzəldilmiş dənələri ali idman ustalığının rəmzidir.

 

Həmin kateqoriyadan