- Baxış sayı: 36
- 28 Mart 2024 17:00
- Baxış sayı: 160
- Mart 28, 2024
- 0
Qadın voleybolçular arasında Rusiya superliqasına start verilib. Allsport.az saytı xəbər verir ki, ilk turda millimizin üzvləri Kseniya Qoçigidlə (Poznyak) və Natalya Məmmədovanın yer aldığı klublar üz-üzə gəliblər.
Qazanda “Dinamo” Piter “Leninqradka”sına göz açmağa imkan verməyib – 3:0 (25:15, 25:15, 25:16). Diaqonalda Nataşanın zərbələri qarşısıalınmaz olub.
Rəqib baş məşqçi Aleksandr Kaşin yığmamızın hüçumçusunun şəninə tərif deyib. Sankt-Peterburq təmsilçisinin heyətində Kseniya meydançaya kapitan olaraq çıxıb.