Rusiya və Slovakiya da AÇ-nin final mərhələsində!

AÇ-2016-nın final mərhələsinə vəsiqə qazanan daha iki komandanın adına aydınlıq gəlib. Allsport.az xəbər verir ki, ötən gecə baş tutan oyunlardan sonra Rusiya və Slovakiya da növbəti qitə birinciliyinə vəsiqəni təmin edib.

Qeyd edək ki, qarşıdakı Avropa çempionatı Fransada keçiriləcək. Bu üzdən sözügedən ölkə qitə birinciliyinə birbaşa vəsiqə qazanıb. Bundan əlavə İngiltərə, Şimali İrlandiya, Poruqaliya, İslandiya, Çexiya, Avstriya, İspaniya, İsveçrə, İtaliya, Belçika, Uels, Albaniya, Almaniya, Polşa və Rumıniya da AÇ-yə vəsiqəni təmin etmişdi.

İrlandiya, Danimarka, Ukrayna, İsveç və Sloveniya isə pley-off mərhələsinə vəsiqə qazanıb.

Həmin kateqoriyadan