Rusiyada Azərbaycan derbisi: Azər Əliyev 34, Ramil Şeydayev 20 dəqiqə oynayıb

Rusiya premyer-liqasının 13-cü turunda millinin  hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Krılya Sovetov” səfərdə digər azərbaycanlı futbolçu Azər Əliyevli “Ufa” ilə üz-üzə gəlib.

Allsport.az saytı xəbər verir ki, qonaqlar bu görüşdə 2:1 üstün olub. Adı 2-ci çəkilən həmyerlimiz 56-cı, o birisi 70-ci dəqiqədə mübarizəyə qoşulub.

Samara təmsilçisi 14 xalla 16 iştirakçı arasında 13-cü, “Ufa” 11 xalla 15-ci yerdədir.

Həmin kateqoriyadan