Rusiyalılar bu dəfə penaltilərdə yenildilər

Rusiya-2018 Dünya Kubokunda 1/4 final görüşləri sona yetib. Allsport.az saytı xəbər verir ki, mərhələnin 4-cü oyununda Soçinin “Fişt” stadionunda ev sahibi ilə Xorvatiya millisi qaşılaşıb.

Hesabı rusiyalılar açsa da, rəqib elə ilk yarıda qolun cavabını verib. Növbəti hissə də bu hesabla bitdiyindən əlavə 30 dəqiqə oynanılıb.Bu dəfə xorvatiyallar önə çıxıblar.

Amma 115-ci dəqiqədə braziliya əsilli futbolçu Mario Fernandes bərabərlik qolunu vurub. Meydan sahibləri tarixində ilk dəfə yarımfinala da çıxmağa yaxın olsa da, 11-metrlik cərimə zərbələrində 3:4 uduzaraq dünya çempionatı ilə vidalaşıblar.

 

Həmin kateqoriyadan