Ruslan Abışov 5 il sonra səhvini düzəltdi – milli futbolçu doğma “Neftçi”yə qayıtdı

“Neftçi” klubu transfer işlərini davam etdirir. Allsport.az saytı xəbər verir ki, milli komandamızın üzvü Ruslan Abışovla 1,5 il müddətinə müqavilə bağlanıb.

“Neftçi”nin yetirməsi olan 29 yaşlı müdafiəçi 2012-ci ilədək “ağ-qara” formanı geyinib. Bundan sonra “Xəzər Lənkəran”, “Rubin” (Rusiya), “Qəbələ” və “İnter” klublarında çıxış etmiş müdafiəçi, 2009-cu ildən millidə çıxış edir.

Həmin kateqoriyadan