Ruslan Abışov hələ fərdi məşq edir

“Neftçi” premyer Liqasının 14-cü turunda “Sumqayıt”la oyuna hazırlığını davam etdirir. Allsport.az saytı xəbər verir ki, komanda “İsmət Qayıbov” adına bazasında növbəti məşqə çıxıb.

Bütün futbolçuların iştirak etdiyi hazırlıqda Ruslan Abışov fərdi məşğul olub. Çalışmaya bu gün son qoyulacaq. Xatırladaq ki, dekabrın 9-da “Baksel arena”da keçiriləcək  görüş saat 19:30-da başlayacaq.

Həmin kateqoriyadan