Ruslan Abışov “Sabah”la 2-illik müqavilə bağlayıb

“Sabah” heyətini bir futbolçu ilə gücləndirib. Allsport.az saytı xəbər verir ki, Ruslan Abışovla 2-illik müqavilə bağlanıb.

Karyerasına “Neftçi”də başlayan müdafiəçi, sonra “Xəzər Lənkəran”, “Qəbələ”, “İnter” və Rusiyanın “Rubin” klubunun uğurları üçün çalışıb. Onun son komandası da “Neftçi” olub.

Ruslan Azərbaycan millisində keçirdiyi 55 oyunda 4 qol vurub.

Həmin kateqoriyadan