Ruslan Abışov: “Zirə” ilə oyunda səhvlərdən nəticə çıxarıb “Qəbələ”yə qalib gəlməliyik

“Neftçi” premyer liqasının 18-ci turunda Qəbələ səfərinə çıxacaq. Allsport.az saytı xəbər verir ki, “ağ-qaralar” bu gün İsmət Qayıbov adına təlim-məşq bazasında məşq keçib. Komandanın kapitanı Ruslan Abışov klub televiziyasına açıqlamasında hazırlığı dəyərləndirib:

“Hazırlıq yaxşı keçir, futbolçular həvəslə məşq edirlər. Bilirik, çətin səfər matçı olacaq. “Qəbələ” çempionluğa oynayan komandadır, buna görə də bizi çətin bir görüş gözləyir. “Zirə” ilə oyunda buraxdığımız səhvlərdən nəticə çıxarıb bu qarşılaşmada qələbə qazanmalıyıq.

Futbolda məğlubiyyətlər, heç-heçələr olur, amma önəmlisi budur ki, belə vəziyyətlərdə komanda şəklində bir olaq, toparlanıb qarşıdakı oyunlara yaxşı hazırlaşaq. Çox şükür ki, bu cəhətdən problemimiz yoxdur. Hər şey qaydasındadır, futbolçuların vəziyyəti yaxşıdır. İnanıram ki, martın 4-də komanda olaraq meydanda öz sözümüzü deyəcəyik”.

“Qəbələ” – “Neftçi” oyunu martın 4-də saat 15:30-da başlanacaq.

Həmin kateqoriyadan