Ruslan Lunyov 15-ci olub

Rio-2016-da güllə atıcılığı başlayıb. Allsport.az saytı xəbər verir ki, “dördilliy”in 2-ci günündə qadın və kişilər 10 metr məsafədən hədəfi nişan alıblar. Bu proqramda Ruslan Lunyov pnevmatik tapançadan atəşdə 577 xal toplayaraq, 15-ci olub. Növbəti mərhələyə ilk 8 yerin sahibləri yüksəliblər. Həmyerlimiz avqustun 12-də 25 metr məsafəyə atəşaçmada mübarizə aparacaq.

Həmin kateqoriyadan