Ruslan Qurbanov: “Səbail”də qalmayacağım dəqiqdir

Millinin hücumçusu Ruslan Qurbanov mövsümün sonunda “Səbail”dən ayrılacaq. Allsport.az saytı xəbər verir ki, 28 yaşlı hücumçu bu barədə “Feysbuk” səhifəsində paylaşım edib. O, “dənizçilər”də daha çox oynamaq fürsəti qazana bilmədiyinə üçün, ayrılmaq qərarını verdiyini yazıb:

“Səbail”in bütün əməkdaşlarına minnətdarlıq etmək istəyirəm ki, 1 il ərzində bizi dəstəklədilər və kömək etdilər. Onu da demək istəyirəm ki, klubda qalmayacağım dəqiqdir. Hələ ki, gipsdən sonra bərpa olunuram və danışıqlar aparıram.

“Səbail”in azarkeşlərinə “çox sağ ol” deyirəm və komandaya Avropa liqasında uğurlar arzulayıram. Bu qərarı qəbul etmək çətin idi. Ancaq mənim üçün əsas futbol oynamaqdı. Hamınıza uğurlar və hər şeyin ən yaxşısını diləyirəm”.

Həmin kateqoriyadan