Ruslan Tağızadə: Məqsədimiz premyer liqaya vəsiqə qazanmaqdır

“Səbail”in qış transfer dövründəki yeni transferlərindən olan Ruslan Tağızadə komandaya keçidi ilə bağlı açıqlama verib. Allsport.az saytı xəbər verir ki, “ağ-göy” formayla keçirdiyi ilk oyununda MOİK-ə qarşı yoldaşlıq görüşündə qol hesabını açan 23 yaşlı yarımmüdafiəçi bunu deyib:

“Səbail” gələcək üçün hədəfləri olan klubdur. Birinci dövrənin sonuna yaxın klub mənə təklif göndərdi, mən də razılaşdım. “Səbail”də komandanın uğurlu çıxışı üçün rəhbərlik tərəfindən hər cür şərait yaradılıb.

Yanvarın 14-də toplanışın davamı üçün Antalyaya yola düşəcəyik. Məqsədimiz yaxşı hazırlıq keçmək və çempion olub, premyer liqaya vəsiqə qazanmaqdır. İnanıram ki, mən də bu çempionluq yolunda komandaya öz oyunumla töhvə verə biləcəm”.

Həmin kateqoriyadan