Rüstəm Orucov “Böyük dəbilqə”də 2-ci yer tutdu, 700 reytinq xalı qazandı

Almaniyanın Düsseldorf şəhərində cüdoçuların “Böyük dəbilqə” başlayıb. Allsport.az saytı xəbər verir ki, bu yarışda millimiz də iştirak edir. İlk gündə bizdən 1 mükafat qazanılıb.

73 kq-da komandanın öncülü Rüstəm Orucov finala qədər itkisiz irəliləyib. Həlledici tutaşmada yaponiyalı Oni Şohoyə uduzan idmançımız gümüş medalla kifayətlənib. Bu çəkidə Hidayət Heydərov 1-ci qarşılaşmada yarışın gələcək qalibinə yenilib.

60 kq-da Vüqar Şirinli 7-ci yer tutub. Orxan Səfərov cəmi 1 görüşdə qalib gəlib, Nicat Şıxəlizadə (hər ikisi – 66 kq) və Fəqan Quluzadə (81 kq) ilkin mərhələdə çıxışını dayandırıblar.

Qeyd edək ki, “Böyük dəbilqə”də ilk yeri tutan 1000, gümüş mükafatçı 700, 3-ci sıraya çıxanlar 500, 5-ci və 7-ci mövqeyə yiyələnənlər müvafiq olaraq 360, 260 əmsal xalı qazanırlar.

Həmin kateqoriyadan