Rüstəm Orucov Samsun qran-prisinə də qızıl medal qazandı

Türkiyənin Samsun şəhərində cüdoçular arasında böyük mükafat turniri davam edir. Allsport.az xəbər verir ki, dünən olduğu kimi, bu gün də millimiz hesabına medal yazıb.

Bir həftə bncə Tiflisdə keçirilən eyni yarışda baş mükafata sahib çıxan Rüstəm Orucov (73 kq) həmin nəticəni Samsun tatamisində də təkrarlayıb. Təmsilçimiz həlledici tutaşmada yerli idmançı Həsən Vanlıoğlunu üstələyib. Bu çəkidə çıxış edən Hüseyn Rəhimli 7-ci olub.

Sabah rəqabətə yekun vurulacaq. Bizdən tatamiyə Ramin Qurbanov, Tural Səfquliyev (90 kq), Elxan Məmmədov, Elmar Qasımov (100 kq) və Uşanqi Kokauri (+100 kq) çıxacaqlar.

2 günün yekununa əsasən, millimiz 1 qızıl və 1 bürünc medalla komanda hesabında 3-cü sıradadır.

Həmin kateqoriyadan