Rüstəm Orucov: “Ümid edirəm ki, Bakıda uğurla çıxış edib azarkeşlərimizi sevindirəcəyik”

“Milli komanda çox yaxşı formadadır. Yarışa ciddi hazırlaşmışıq.” Allsport.az saytı xəbər verir ki, bu sözü mətbuat konfransında olimpiya finalçısı Rüstəm Orucov deyib. Avropa çempionumuz dünya çempionatının Bakıda keçirilməsi yerli idmançılar üçün stimul olacağını bildirib: “Ümid edirəm ki, Bakıda uğurla çıxış edib azarkeşlərimizi sevindirəcəyik”.

Fransalı 2-qat olimpiya, onqat dünya və beşqat Avropa çempionu Teddi Riner turnirdə iştirak etməsə də, rəqiblərini izləyəcəyini açıqlayıb: “İki dünya çempionatında iştirak etməməyə qərar verdim. Amma bütün rəqiblərimin görüşlərini izləyəcəyəm. Çox maraqlı yarış olacaq”.

Azərtac.az-ın məlumatına görə, bir neçə dəfə Bakıda olduğunu bildirən avstriyalı Avropa çempionu Sabrina Filtsmozer dünya çempionatını xüsusi yarış adlandırıb: “Bakıda olmaq xoşdur. Dünya çempionatı hər bir idmançı üçün xüsusi hadisədir. Bütün iştirakçılara uğurlar arzulayıram”.

Yarış sentyabrın 20-27-də Milli Gimnastika Arenasında keçiriləcək.

Həmin kateqoriyadan