Rüstəm Orucov yeni çəkidə medal qazana bilmədi

Daşkənddə cüdoçuların qran-prisi davam edir. Allsport.az saytı xəbər verir ki, yarışın 2-ci günü bizdən medal olmayıb.

Bu yarışda öz çəkisi 73 deyil, 81 kq-da çıxış edən Rüstəm Orucov ilk görüşdə tacikistanlı, sonra polşalı rəqibini üstələsə də, 1/8 finalda avstriyalı həmkarına yenilərək mücüdiləni dayandırıb.

Xatırladaq ki, mükafat yarışlarında ilk pilləni tutanlara 700, 2-ci yerə 490 və 3-cü sırada qərarlaşanlara 350 xal verilir. 5-ci və 7-ci mövqeyə çıxanlar müvafiq olaraq 252 və 182 xal qazanırlar.

Həmin kateqoriyadan