Rüstəm Qasımov yeniyetmələrin Avropa rekordunu yeniləyib

Rumıniya paytaxtı Buxarestdə gənc ağırlıqqaldıranların Avropa birinciliyi davam edir. Allsport.az saytı xəbər verir ki, Tokio oyunlarına lisenziyalı yarışda Rüstəm Qasımov (67 kq) körpücük üzərinə çıxıb. O, yaşı 20-yə qədər olan atletlərin mücadiləsində toplam 274 kq (123+151) nəticə ilə 9-cu yeri tutub.

Rüstəm Qasımov gənclər arasında keçirilən yarışda iştirak etsə də, qaldırdığı çəkilər yeniyetmələr arasında Avropa rekordu kimi qeydə alınıb. Onun birdən qaldırmada ram etdiyi 123 kq yeni yüksək göstəricidir.

Bununla yanaşı, o, təkanla qaldırmada 151 kq-ın öhdəsindən gəlib ki, bu da təkanla qaldırma üzrə Avropa yenitemələr rekordu olan 150 kq-lıq nəticənin yenilənməsi demək idi.

Həmin kateqoriyadan