Rüstəm Qasımovdan kiçik gümüş medal

İtaliyanın Milan şəhərində yeniyetmə ağırlıqqaldıranların Avropa birinciliyi davam edir. Allsport.az saytı xəbər verir ki, 17 yaşlıların mübarizəsinə Elməddin Hüseynov və Rüstəm Qasımov (hər ikisi – 62 kq) qatılıblar.

Adı 2-ci çəkilən təmsilçimiz təkanla qaldırmada kiçik gümüş medala sahib çıxıb. Toplam 254 kq (117+137) nəticə ilə Rüstəm yekun sıralamada 5-ci yeri tutub. Elməddin Hüseynov 246 kq-la (111+135) 8-ci pillədə qərarlaşıb.

Sale Alxasov (56 kq) yer tuta bilməyib. 15 yaşlı qızlarda Anna Opanasyuk (58 kq) cəmdə 117 kq (52+67) ağırlıqla 5-ci olub.

Həmin kateqoriyadan