Rüsvayçılıq: Millimizin futbolçuları öz məğlubiyyətlərinə pul qoyuluşu edib

Bu gün AÇ-2019-un seçmə mərhələsində 21 yaşadək futbolçulardan ibarət yığma komandamız “Dalğa Arena”da Almaniyadan olan həmyaşıdları ilə qarşılaşıb. Allsport.az saytı xəbər verir ki, oyundan öncə “Tvitter”də maraqlı bir iddia ortaya atılıb. “Dimitrovich” adlı istifadəçi bu oyunun danışılmış olduğuna dair iddia səsləndirib.

Haqqın.az-in məlumatına görə, “qoyuluşlar” üzrə ixtisaslaşan şəxs Azərbaycan – Almaniya (U-21) oyununa 100 faizli proqnoz təklif edib. O, bildirib ki, bu gün Almaniya yığması Azərbaycanın qapısından 3 qoldan artıq vuracaq (əmsal 1.83). Onda olan məlumata görə yığmamızın futbolçuları özləri bu gün kontorolarda müvafiq pul qoyuluşu ediblər.

Bu informasiyanın nə dərəcədə düzgün olduğunu demək çətindir. Amma fakt odur ki, millimiz 0:7 hesabıyla uduzub. Komandamız səfərdə də almanlara 1:6 yenilmişdi.

Həmin kateqoriyadan