Eyni gündə 71 ölkədə səmti müəyyən edənlərin yarışı keçirilib

May ayının 11-i “Beynəlxalq səmti müəyyənetmə günü” münasibətilə dünyanın 71 ölkəsinin 2000-dən artıq məntəqəsində yarışlar təşkil edilib. Allsport.az saytı xəbər verir ki, Beynəlxalq Səmti Müəyyənetmə Federasiyasının təşəbbüsü ilə təşkil edilmiş yarışların əsas məqsədi bütün dünyada eyni gündə 250000 nəfərdən çox idmançının start etməsilə yeni dünya rekordunun müəyyən edilməsi və eləcə də bu idman növünün gələcəkdə olimpiya oyunları sırasına daxil olmağı hədəflədiyini göstərilməsi idi.

“Beynəlxalq səmti müəyyənetmə günü” münasibətilə Azərbaycan Respublikası Səmti Müəyyənetmə İdman Federasiyası yeni rekordun müəyyən edilməsinə dəstək məqsədilə Velopark ərazisində yarış təşkil edilb. 4 kateqoriya üzrə 150-dən çox idmançının qatıldığı yarışda idmançılar müəyyən edilmiş məsafə üzrə nəzarət məntəqələrində qeyd edilərək qələbə uğrunda mübarizə aparıb.

Vergilər Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Gənclər və İdman Nazirliyi və Bakı Media Mərkəzinin təşkilati dəstəyi ilə təşkil edilmiş yarışda qalib gəlmiş idmançılara diplom və qiymətli hədiyyələr təqdim edilib.

13233178_1300000696695822_1374246255_n13183187_1300000716695820_596480830_n (1)

Həmin kateqoriyadan