“Sərhədçi” və “Polad” finalda

Binə Atçılıq Mərkəzində çövkən üzrə Prezident kubokunda yarımfinala yekun vurulub. Allsport.az saytı xəbər verir ki, ilk oyunda “Polad” komandası “Ağstafa”nı 4:1 məğlub edib. Digər yarımfinal görüşündə “Sərhədçi” kollektivi “Ağcabədi”dən üstün olub (2:0).

Dekabrın 24-də keçirilicək final mərhələsində əvvəlcə 3-cü yerin sahibi məlum olacaq. Meydana “Ağstafa” və “Ağcabədi” komandaları çıxacaqlar. Ardınca final oyunda “Sərhədçi” ilə “Polad” üz-üzə gələcəklər. Milli atüstü oyununun həlledici mərhələsi saat 12:00-da başlayacaq.