“Səbail” 4-qat Ukrayna çempionunu transfer edib

“Səbail” növbəti transferini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, “dənizçilər” ukraynalı qapıçı Aleksandr Rıbkanı heyətinə qatıb. Onunla cari mövsümün sonundək müqavilə imzalanıb.

“Dinamo” (Kiyev), “Dinamo-2”, “Dinamo-3”, “Obolon”, “Şaxtyor” (Donetsk), Türkiyənin “Qarabükspor”, “Afyet Afyonspor” klublarında çıxış edən 32 yaşlı qolkiper Ukrayna millisində də çıxış edib.

4-qat ölkə çempionu 2011-ci ildə vətənində “Ən yaxşı qapıçı” mükafatına layiq görülüb.

Həmin kateqoriyadan