“Səbail” Antalyada Macarıstan klubuna qalib gəlib

Bu gün “Səbail”Antalyada sonuncu yoldaşlıq görüşünü keçirib. Allsport.az saytı xəbər verir ki, rəqib Macarıstanın aşağı dəstə təmsilçisi “Szeged” klubu olub. “Arcadia” mehmanxanasının stadionunda baş tutan görüşdə “aslanlar” 2:1 hesablı qələbə qazanıb.

Komandamızın qollarını Ramazan Abbasov və Orxan Səfiyaroğlu vurub. “Səbail” yanvarın 28-i Antalya toplanışını yekunlaşdıracaq və həmin gün günorta saatlarında vətənə dönəcək.

Həmin kateqoriyadan