“Səbail” baş məşqçisini qovdu

1-ci divizionda çıxış edən “Səbail-2” baş məşqçi Elman Sultanovla yolunu ayırıb. Allsport.az saytı xəbər verir ki, bu barədə klubun Feisbuk səhifəsi məlumat yayılıb. Qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verilib.

Qeyd edək ki, istefaya komandanın bu mövsüm ardıcıl ikinci dəfə həddi pozaraq texniki məğlubiyyət almasıdır. İlk dəfə “Qarabağ-2” ilə heç-heçə bitən matçdan sonra texniki məğlubiyyət alan bakılılar, ötən gün də “Neftçi”nin əvəzediciləri ilə görüşdə oxşar səhvin güdazına gedib.

Həmin kateqoriyadan