“Səbail” ilə oyuna 1 itki ilə hazırlaşır

Topaz premyer liqasının 13-cü turunda doğma meydanda “Səbail”i qəbul edəcək “Sumqayıt” hazırlığını davam etdirir. Allsport.az saytı xəbər verir ki, komanda baş məşqçi Ayxan Abbasovun rəhbərliyi ilə “Sumqayıt arena”nın ehtiyat meydançasında növbəti məşqini keçirib.

Bərpa keçən Ehtiram Şahverdiyev yüngül qaçış və fərdi çalışmaqla kifayətlənib. 1.5 saat davam edən məşqdə əvvəlcə müxtəlif fiziki daha sonra isə topla hərəkətlər üzərində çalışılıb.

Məşqə ikitərəfli oyunla yekun vurulub. Bu klubların görüşü dekabrın 1-də saat 19:00-da start götürəcək.

Həmin kateqoriyadan