“Səbail” ilə oyunun hazırlığına başlayıb

17-ci turda “Qarabağ”la qarşılaşan “Sumqayıt” 1-günlük istirahətin ardından “Səbail”lə matçın hazırlığına start verib. Allsport.az saytı xəbər verir ki, “kimyaçılar” saat 18:30-da doğma arenada məşqə çıxıb.

Xəstə olduğu üçün ötən turu buraxan Rəşad Eyyubov tam sağalaraq komanda ilə birgə çalışıb. 1,5 saat davam edən hazırlıq prosesində əsasən toplu çalışmalara üstünlük verilib. Məşq ikitərəfli oyunla yekunlaşıb.

“Səbail” – “Sumqayıt” qarşılaşması martın 11-də saat 17:00-da “Bayıl Arena”da start götürəcək .

Həmin kateqoriyadan