“Səbail” ilə oyunun hazırlığına başlayıblar

“Qəbələ” Topaz premyer liqasının yeni mövsümünün ilk turunun hazırlığına start verib. Allsport.az saytı xəbər verir ki, “qırmızı-qaralar” “Səbail”lə avqustun 12-də keçiriləcək qarşılaşmaya Bakıda hazırlaşır.

Avqustun 4-də keçirilən “Keşlə” ilə yoxlama oyunundan (2:0) sonra bir günlük istirahətə buraxılan komanda dünən yenidən bir araya gəlib, “Bakı”nın təlim-məşq bazasında hazırlıq keçib. Günün ikinci yarısına təsadüf edən məşq prosesi fiziki hazırlıqla başlayıb.

Ardınca futbolçular toplu çalışmaları yerinə yetiriblər. Sözü gedən komandaların oyunu avqustun 12-də Qəbələ şəhər stadionunda saat 19:00-da başlayacaq.

Həmin kateqoriyadan