“Səbail” klubu “Neftçi”nin əvəzedicilərinə qalib gəlib

Bu gün “Səbail” Bakı toplanışı çərçivəsində 2-ci, son yoldaşlıq görüşünü “Neftçi”nin əvəzedici komandasına qarşı keçirib. Allsport.az saytı xəbər verir ki, oyun “aslanları”ın 3:1 hesablı qələbəsiylə başa çatıb.

Matçda hesabı uzaqdan möhtəşəm zərbə ilə Ramazan Abbasov açsa da, qısa müddətdən sonra rəqib hesabı bərabərləşdirib. Sonra kapitan Saşa Yunisoğlu penalti zərbəsi ilə komandamısını yenidən hesabda irəli çıxarıb. Qarşılaşmada son nöqtəni yeni transfer Mirzağa Hüseynpur qoyub.

Həmin kateqoriyadan