“Səbail” meksikalı legionçu ilə müqaviləyə xitam verib

Qış fasiləsinə bir neçə gün qalmış “Səbail”də ilk ayrılıq yaşanıb. Allsport.az saytı xəbər verir ki, paytaxt təmsilçisi Edqar Paçeko ilə müqaviləyə xitam verib.

Məlumatda komandanın legionçu ilə ilə müqaviləsinin vaxtından əvvəl xitam verilməsinə dair qarşılıqlı razılıq əldə etdiyi bildirilir. Futbolçuya azad agent statusu verilib. “Səbail” Edqara gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, 28 yaşlı meksikalı yarımmüdafiəçi “Səbail”in heyətində sonuncu dəfə 7-ci turda “Sumqayıt”a qarşı matçda meydanda olub.

Həmin kateqoriyadan