“Səbail” millinin 2 keçmiş futbolçusu ilə vidalaşıb

“Səbail” klubu daha 2 futbolçu ilə vidalaşıb. Allsport.az saytı xəbər verir ki, bu gün Vüqar Nadirovla Ruslan Əmircanov da yola salınıb. Onlar müqavilələrinin müddəti başa çatdığına görə komandanı tərk etməli olublar.

Buna qədər Elman Taqayev, Ayrton Stati, Nikoloz Apakidze, Murad Ağayev, Vaxit Orazsaxedov, Nurlan Novruzov, Raul Yaqubzadə, Kərim Diniyev müqavilə artırılmatıb.

İcarədə olan Faruk Miya ilə Yevgeni Koçuk mövsüm başa çatan kimi “Səbail” tərk etmişdilər.

Həmin kateqoriyadan