“Səbail” Pərviz Qaraxanovu azad futbolçu edib

“Səbail” daha bir futbolçusu ilə vidalaşıb. Allsport.az saytı xəbər verir ki, paytaxt klubu Pərviz Qaraxanovla ayrılıb.
Onun muqaviləsinə vaxtından əvvəl xitam verilməsinə dair qarşılıqlı razılıq əldə olunub. Futbolçuya azad agent statusu verilib.
Buna qədər “aslanlar” Faruk Miya, Yevgeni Koçuk, Ayrton Stati, Nikoloz Apakidze, Elman Taqayev, Murad Ağayev, Nurlan Novruzov, Raul Yaqubzadə, Vahid Orazsahedov, Kərim Diniyev, Vüqar Nadirov və Ruslan Əmircanovla sağollaşıb.

Həmin kateqoriyadan