“Səbail” Samir Əliyevlə yolunu ayırıb

“Səbail”in baş məşqçi Samir Əliyevlə yolunu ayırıb. Allsport.az saytı xəbər verir ki, dünən rəhbərliklə mütəxəssis arasında görüş keçirilib, klubun Topaz premyer liqasında çıxışı ətraflı müzakirə edilib.

Qarşılıqlı razılıq əsasında tərəflər müqaviləyə xitam veriblər. “Səbail” Samir Əliyevin rəhbərliyi ilə ölkə çempionatını 23 xalla 8 komanda arasında 7-ci pillədə başa vurub.

Həmin kateqoriyadan