“Səbail” son yoxlama oyununda da uduzub

İyunun 18-dən etibarən Bolqarıstanın Bansko şəhərində toplanışında olan “Səbail” 4-cü yoxlama oyununa çıxıb. Allsport.az saytı xəbər verir ki, paytaxt təmsilçisi “Makedoniya” ilə üz-üzə gəlib və 0:1 hesabla məğlub olub.

“Dənizçilər” təlim-məşq çərçivəsində ilk iki yoxlama oyununu Bolqarıstan klublarına qarşı keçirmişdi. “Lokomotiv” (Plovdiv) komandasına 0:1 yenilən bizimkilər, “Beroe” ilə görüşdə darmadağınla üzləşmişdi – 0:4. Rumıniyanın “Klinçeni” klubu ilə görüş heç-heçə yekunlaşmışdı – 0:0.

Aftandil Hacıyevin komandası bu gün toplanışı başa vuraraq Bakıya qayıdacaq.

Həmin kateqoriyadan