“Səbail” və Orxan Əliyev arasında müqaviləyə xitam verilib

“Səbail” yay fasiləsində transfer etdiyi Orxan Əliyevlə yolunu ayırıb. Allsport.az saytı xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi klubun məşqçilər korpusuna müraciət edərək səhhəti ilə bağlı problemi olduğunu bildirib.

Müayinə nəticəsində onun diz nahiyəsində həqiqətən zədə olduğu aşkarlanıb. Nəticədə, qarşılıqlı razılıq əsasında “Səbail”lə futbolçu arasında mövcud müqaviləyə xitam verilib.

 

Həmin kateqoriyadan