“Səbail”də 2 yeni futbolçu

2-ci dövrənin hazırlıqlarını davam etdirən “Səbail” klubu transfer çalışmalarına başlayıb. Allsport.az saytı xəbər verir ki, 1-ci divizion təmsilçisi heyətini 2 futbolçu ilə gücləndirib.

“Rəvan”ın müdafiəçisi Aslan Hüseynovun keçidini həll edən komanda 22 yaşlı futbolçu ilə birillik müqavilə imzalayıb. O, “Neftçala” ilə U-17 millimizin heyətində çıxış edib.

Aşağı dəstə təmsilçisinin ikinci transferi isə son mövsümü “Zaqatala”da keçirmiş Ruslan Tağızadə olub. 23 yaşlı sağ cinah müdafiəçisi ilə 1,5 illik anlaşılıb.

U-17, U-19 və U-21 millilərimizin də şərəfini qorumuş Ruslan Tağızadə karyerası ərzində “Neftçi”, “Abşeron”, “Sumqayıt”, AzAL, “Qəbələ” və “Zaqatala”da çıxış edib.

Həmin kateqoriyadan