“Səbail”dən 2-ci, “Keşlə”dən 16-cı

Azərbaycan premyer liqasının 15-ci turunun “Keşlə” – “Səbail” oyununda böyük hesablı nəticə qeydə alınıb. Allsport.az saytı xəbər verir ki, 0:3 hesabı ilə uduzan meydan sahibləri klub tarixində 16-cı dəfə 3 və ya daha çox top fərqi ilə uduzub.

Paytaxt təmsilçisi bunadək 15 matçda böyük hesablı məğlubiyyət almışdı. “Keşlə” öz meydanında 4-cü dəfə ağır yenilgiylə üzləşib. Sonuncu belə hadisə 2017-ci il aprelin 16-da “Qarabağ”la görüşdə yaşanmışdı – 0:3.

“Səbail” isə tarixində 2-ci dəfə böyük hesabla qalib gəlib. Hər iki uğuru cari mövsümə təsadüf edən Aftandil Hacıyevin yetirmələrinin belə qələbələri səfərdə əldə olunub.

Qeyd edək ki, cari mövsümdə ümumilikdə 9-cu dəfə böyükhesablı nəticə qeydə alınıb.

Həmin kateqoriyadan