“Səbail”in 3 üzvü milliyə dəvət alıb

“Səbail”in futbolçularına yığmadan dəvət gəlib. Allsport.az saytı xəbər verir ki, Elman Taqayev Türkmənistan, Ayron Stati isə Kurasao milli komandasının heyətinə dəvət olunub. Adı ilk çəkilən kollektiv oktyabrın 10-da Asiya kubokunun seçmə mərhələsi çərçivəsində Aşqabadda Sinqapur milli komandasının qəbul edəcək.

Kurasao komandası isə hazırlıq matçında səfərdə Qətər yığması ilə üz-üzə gələcək. Baş məşqçi Remko Bisentininin dəvət göndərdiyi 21 futbolçu arasında Ayron Statinin də adı var.

Premyer liqanın debütantının digər üzvü Pərviz Qaraxanov isə 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasına dəvət olunub. Xatırladaq ki, U-21 oktyabrın 6-da Avropa çempionatının seçmə mərhələsi çərçivəsində səfərdə almaniyalı həmyaşıdları ilə qarşılaşacaq.

Həmin kateqoriyadan