“Səbail”in Bolqarıstanda rəqibləri

Bolqarıstanda təlim-məşq toplanışı keçəcək “Səbail”in yoxlama oyunlarında rəqibləri bilinib. Allsport.az saytı xəbər verir ki, Aftandil Hacıyevin komandası iyunun 21-də ilk olaraq yerli “Lokomotiv”lə qarşılaşacaq.

“Dənizçilər”in növbəti sınağı da yerli “Beroe”yə olacaq. Bu görüş ayın 25-də keçiriləcək. İyunun 28-də Rumıniyanın “Klinçeni” komandası ilə üz-üzə gələcək komandamız, son matçı iyulun 1-də “Makedoniya” ilədir.
 
Xatırladaq ki, “Səbail” Azərbaycanı Avropa liqasında təmsil edəcək.

Həmin kateqoriyadan