“Səbail”in futbolçusu 9 ildən sonra yenidən “Stemford Bric”də

“Səbail”in futbolçusu Maykl Essyen İngiltərədən dəvət alıb.

Allsport.az saytı xəbər verir ki, qanalı yarımmüdafiəçi 9 ildən sonra yenidən “Stemford Bric”ə qayıdacaq. Keçmiş “Çelsi”li UNİCEF-ə dəstək xarakterli görüşdə iştirak edəcək.

Dünya yığması ilə İngiltərənin əfsanələri arasında keçiriləcək oyun iyunun 16-da olacaq. Görüşdə Essyenlə yanaşı, Didye Droqba, Co Koul, Frenk Lempard, Rikardo Karvalyo kimi futbolçular da iştirak edəcək.

Həmin kateqoriyadan