“Səbail”in legionçusu: Elxan Əhmədova inanırıq

“Səbail”in futbolçusu Emil Martinov premyer liqanın 27-ci turu barədə danışıb. Allsport.az saytı xəbər verir ki, bolqarıstanlı yarımmüdafiəçi
“Qarabağ”la oyunla bağlı bunları deyib:

“Aleksandr Rıbkanın zədələnməsi komandamız üçün böyük bir itkidir, ancaq hamımız Elxan Əhmədova inanırıq. O, bacarıqlı, sakit və özünə inamlıdır. “Qarabağ”la oyun üçün hazır olacağıq”.

Mayın 5-də matça saat 18:00-da start veriləcək.

Həmin kateqoriyadan