“Səbail”in qapıçısı Türkiyədə əməliyyat olunub

“Səbail”in qapıçısı Aleksandr Rıbka Ankarada əməliyyat olunub.

Allsport.az saytı xəbər verir ki, o, şəxsi “İnstaqram” hesabında əməliyyatdan sonrakı fotosunu paylaşıb. Futbolçuartıq evə buraxılıb.

Saşa premyer liqanın 26-cı turunun “Qəbələ” ilə oyununda (2:1) dizindən zədələnmişdi. Qolkiper bir neçə gün əvvəl “Səbail” i anlaşmanı 2 il uzadıb.

Həmin kateqoriyadan