“Səbail”in ulduz futbolçusu canlı əfsanələrin oyununa dəvət alıb

İspaniyanın “Real” və İngiltərənin “Çelsi” klublarının əfsanələri arasında yoxlama oyunu keçiriləcək. Allsport.az saytı xəbər verir ki, görüş iyunun 23-də olacaq. Bilet qiymətləri 5 avrodur. Matçdan qazanılan gəlirin xeyriyyə fonduna xərclənəcəyi bildirilir.

Oyuna “Real”ın sabiq futbolçuları Raul Qonsales, Roberto Karlos, Stiv Makmanaman, Alvaro Arbeloa, “Çelsi”dən isə Marsel Desayi, Eydur Qudyonsen, Maykl Essyen, Rikardu Karvalyo və başqa futbolçular dəvət alıb.

“Çelsi”nin sabiq üzvü Maykl Essyen martda “Səbail” ilə rəsmi müqavilə imzalayıb. O, həmçinin U-19 komandasının məşqçilər korpusunda da fəaliyyət göstərəcək.

Həmin kateqoriyadan